525.Az

Çindəki xəstəlik yeni pandemiya deyil - immunoloq


 

Çindəki xəstəlik yeni pandemiya deyil - <b style="color:red">immunoloq</b>

Çində qeydə alınan mikoplazma pnevmoniyasının pandemiya olma ehtimalı azdır.

525.az xəbər verir ki, bu barədə "Lenta.ru"ya immunoloq Nikolay Kryuçkov məlumat verib.

“Mikoplazma pnevmoniyasının kəskinləşməsi ilə bağlı vəziyyət yeni deyil. Çində bu xəstəlik yay aylarında yayılıb və bir böyük şəhərdə, sonra isə digərində müşahidə edilib. İndi bu yayılma sadəcə olaraq davam edir və mövsümi xarakter daşıyır. Bu, yeni bir xəstəlik deyil", - deyə  Kryuçkov bildirib.

Qeyd olunur ki, bu virus antibiotiklər və simptomatik terapiya ilə müalicə olunur. Əsas əlamətlər yuxarı və aşağı tənəffüs yollarının zədələnməsidir. Belə xəstələrdə temperatur çox yüksək olmur, boğaz ağrısı və zəiflik müşahidə olunur.

Havar Şəfiyeva

 





04.12.2023    çap et  çap et