https://525.az/img/pics/medium/2025-02/343007_86iwr9f7sw.jpeg Bosfordan gəmilərin keçidi müvəqqəti dayandırıldı
https://525.az/img/pics/medium/2025-02/343002_vdrazwitcc.jpeg Bakının bir sıra yollarında tıxac - SİYAHI
https://525.az/img/pics/medium/2025-02/342989_4jzw9miacx.jpg “525-ci qəzet”in 12 fevral sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-05/313657_2wkfk1wic1.jpg Repressiya və ədəbiyyat - Azərbaycan Milli Elmlər Akademiyası-80
search
12 Fevral 2025
11 Fevral 2025

FIA prezidenti Bakıya gəlib

FIA prezidenti Bakıya gəlib

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed Ben Sulayem Bakıya gəlib.

525.az xəbər verir ki, Mohammed Ben Sulayem Bakıda dekabrın 5-8-də baş tutacaq FIA Baş Assambleyalarının iclasları və Mükakatlandırma mərasimində (FIA Prize-Giving Ceremony) iştirak edəcək.

Qeyd edək ki, FIA həftəsi çərçivəsində 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri Bakıya gəlir.

Paytaxtımızın bu mötəbər tədbirə ev sahibliyi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunmuşdu. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.

Bölmənin digər xəbərləri
© 2012-2025 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.