ABŞ ordusu Qırmızı dənizdə ticarət gəmilərinə qarşı edilən hücumlarda pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb.
525.az xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) verilən açıqlamada dünən Qırmızı dənizin cənubunda beynəlxalq ərazi sularında 3 ticarət gəmisinə 4 hücum təşkil edildiyi bildirilib.
Belə ki, Qırmızı dənizin cənubunda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Carney" esminesinin kommersiya gəmilərinin kömək çağırışına cavab verdiyi və esminesin gəmilərə doğru irəliləyən 3 PUA-nı vurduğu bildirilib.
Qeyd edək ki, Yəməndə husilərin nəzarətində olan bölgədən atılan raketin Baham adaları bayraqlı "Unity Explorer" gəmisinin yaxınlığına düşdüyü vurğulanıb.
Məhəmməd Tağıyev