|
|
|
|
Çexiya silah ehtiyatlarının azalması səbəbindən Ukraynaya yardımı azaltmağa məcburdur.
525.az TASS-a istinadən xəbər verir ki, bunu Çexiyanın Baş naziri Petr Fiala deyib.
"Anbarlarımızda daha az təchizat və yardım imkanları var", - deyə Baş nazir bildirib.
Lakin o, Çexiyanın Ukrayna Silahlı Qüvvələrinə dəstəyini davam etdirdiyini də vurğulayıb.
Baş nazir Kiyevə yardım göstərməkdə Çexiya hərbi-sənaye kompleksi ilə qərbli həmkarları arasında mümkün əməkdaşlıq sahələrini qeyd edib.
Havar Şəfiyeva