525.Az

Ukraynaya yardım üçün vəsait tükənir - Ağ Ev


 

Ukraynaya yardım üçün vəsait tükənir - <b style="color:red">Ağ Ev</b>

Vaşinqtonun Ukraynaya kömək etmək üçün vaxtı və vəsaiti praktiki olaraq tükənib.

525.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consona ünvanladığı məktubda bildirib.

Onun sözlərinə görə, ilin sonuna qədər Konqresin tədbirləri olmasa, Vaşinqtonun Ukrayna üçün daha çox silah və texnika almaq üçün resursları tükənəcək.

Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq etiraf edib ki, Vaşinqton Kiyevə hərbi dəstək verməkdə davam edir, lakin vəsaitlər artıq tükənir.

O qeyd edib ki, Amerika rəhbərliyi ümid edir ki, Konqres tezliklə Ukraynaya silah tədarükü üçün əlavə maliyyə tələbini təsdiq edəcək.

Havar Şəfiyeva

 





05.12.2023    çap et  çap et