525.Az

Abşeron sakini avtomobili işıq dirəyinə çırpıb - hadisə yerində ölüb


 

Abşeron sakini avtomobili işıq dirəyinə çırpıb<b style="color:red"> - hadisə yerində ölüb</b>

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

525.az xəbər verir ki, "Vaz 21074" markalı avtomobilin sürücüsü Məlikov Asif Müslüxan oğlu idarəetməni itirərək avtomobili işıq dirəyinə çırpıb.

O, hadisə yerində dünyasını dəyişib.

Hadisə Xocəsən qəsəbəsində Qobu yaşayış massivində baş verib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb.

 





05.12.2023    çap et  çap et