525.Az

Ötən gün vətəndaşlardan 39 silah götürülüb


 

Ötən gün vətəndaşlardan 39 silah götürülüb<b style="color:red"></b>

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir.

525.az-a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dekabrın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 8 ədəd avtomat, 2 ədəd tapança, 11 ədəd qumbara, 11 qumbara alışdırıcısı, 11 patron darağı, 379 ədəd müxtəlif çaplı patron və 29 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

 





05.12.2023    çap et  çap et