525.Az

Azərbaycan Ordusu şərti düşmənin hava hədəflərini zenit-raket kompleksləri ilə məhv edib - VİDEO


 

Azərbaycan Ordusu şərti düşmənin hava hədəflərini zenit-raket kompleksləri ilə məhv edib<b style="color:red"> - VİDEO</b>

2023-cü ilin hazırlıq planına uyğun olaraq Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra olunub.

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, icra olunan praktiki atışlar zamanı şərti düşmənin hava hədəfləri aşkar olunaraq zenit-raket kompleksləri vasitəsilə yüksək dəqiqliklə məhv edilib.

Xüsusi peşəkarlıq nümayiş etdirən şəxsi heyət qarşıya qoyulan döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

 

 





05.12.2023    çap et  çap et