525.Az

"Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq haqları var" - Zəfər Sırakaya


 

"Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq haqları var"  <b style="color:red"> - Zəfər Sırakaya</b>

"Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 13-cü bəndinə uyğun olaraq Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq haqları var".

525.az xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Zəfər Sırakaya "Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll" mövzusunda keçirilən beynəlxalq tədbirdə deyib.

TBMM üzvü bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini hörmətlə yad edərək Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərindən söz açıb və bu əlaqələrin bölgədə sülh üçün böyük əhəmiyyət daşıdığını bildirib.

Keçmiş münaqişənin Azərbaycan xalqı üçün ağır humanitar nəticələrini xatırladan natiq Ermənistandan azərbaycanlıların qovulmasını və bu ölkədəki Azərbaycan mədəni irsinin dağıdılmasını ürəkağrısı ilə qeyd edib.

AK Parti sədrinin müavini Azərbaycanın öz torpaqlarını azad etməsi ilə bölgədə davamlı sülh üçün əlverişli imkan yarandığını bildirib.

Z.Sırakaya keçmişin ağrılı səhifəsini qapadaraq gələcəyə baxmaq zamanı gəldiyini qeyd edib və Azərbaycanın sülh səylərinə dəstəyini ifadə edib ("Report").

 





05.12.2023    çap et  çap et