525.Az

İcma rəsmisi iordaniyalı müşavirlə görüşüb


 

İcma rəsmisi iordaniyalı müşavirlə görüşüb<b style="color:red"></b>

Qərbi Azərbaycan İcmasının Gənclər Birliyinin sədr müavini, Milli Məclisin deputatı Kamal Cəfərovla İordaniya Nazirlər Kabinetinin media müşaviri Mohammed Salah Al Malkavi arasında görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə İcma rəsmisi son 200 il ərzində soydaşlarımızın üzləşdiyi müsibətlər barədə qonağa ətraflı məlumat verib.

O bildirib ki, 1987-1991-ci illərdə Ermənistan ərazisindən çıxarılan 300 minə yaxın Qərbi azərbaycanlının geri qayıdış hüququ bütün beynəlxalq sənədlərdə təsbit edilib.

Öz növbəsində Mohammed Salah Al Malkavi bu gün keçirilən konfransın sözügedən ədalətsizliyin dünyaya çatdırılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda beynəlxalq konfrans keçirilir.

 





05.12.2023    çap et  çap et