525.Az

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir - YENİLƏNİB


 

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin geniş tərkibdə görüşü keçirilir<b style="color:red"> - YENİLƏNİB</b>

Moskvada Rusiya Xarici İşlər Nazirliyinin binasında Xəzəryanı dövlətlərin XİN başçılarının geniş tərkibdə görüşü başlayıb.

525.az “Report”a istinadən xəbər verir ki, iclası Rusiya xarici işlər naziri Sergey Lavrov açıb.

***

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin (XİN) görüşü başlayıb.

525.az “Report”a istinadən xəbər verir ki, iclasda Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən tədbirdə İran, Qazaxıstan və Türkmənistanın XİN başçıları da iştirak edirlər.

Tərəflər Xəzər dənizində əməkdaşlığın inkişafı üçün prioritetləri vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.

Xatırladaq ki, Ceyhun Bayramov dekabrın 4-də Rusiyaya işgüzar səfərə gedib.

 





05.12.2023    çap et  çap et