525.Az

Bakıda 5 avtomobil toqquşub: 9 yaralı


 

Bakıda 5 avtomobil toqquşub: <b style="color:red">9 yaralı</b> Bakıda 9 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, dünən saat 18 radələrində Elşən Məmmədov küçəsində zəncirvari yol qəzası baş verib. İki "Mercedes", iki "Opel" və bir "Hyundai" markalı avtomobilin toqquşması nəticəsində 9 nəfər xəsarət alıb. Yarlılar 3 saylı şəhər xəstəxanasına gətirilib.

Onlardan birinin vəziyyəti ağırdır.
 





01.09.2014    çap et  çap et