|
|
|
|
Azərbaycanda ikili vətəndaşlıqla bağlı qanunvericilikdə olan məhdudiyyətlərin müzakirəsi təklif olunur.
525.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Elnur Allahverdiyev parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə zamanı çıxış edib.
Onun fikrincə, gələcəkdə Qərbi Azərbaycana qayıdan soydaşlarımızın həm Azərbaycan, həm də Ermənistan vətəndaşlığı daşıya bilməsinə nail olmalıyıq:
Toponimlərlə bağlı kitabların xarici dillərə tərcüməsinin vacibliyini qeyd edən E.Allahverdiyev vurğulayıb ki, xarici mənbə olmadan Azərbaycanın real toponimini vikipediya kimi beynəlxalq ensiklopediyaya yerləşdirmək qeyri-mümkündür:
“Diaspor təşkilatları bu məsələdə dəstəyi önəmlidir. Düşünürəm ki, xarici dillərdə danışan gənclərimiz Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmalıdırlar”.