Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələrinin liderləri Dohada Mərakeşin ərazi bütövlüyü və Sahara üzərində suverenliyinə, krallığın təhlükəsizliyinə və sabitliyinə davamlı dəstəyini təkrarlayıblar.
525.az xəbər verir ki, Qətərin sədrliyi ilə keçirilən Ali Şuranın 44-cü sessiyasından sonra qəbul edilən yekun
bəyanatda üzv dövlətlərin liderləri Təhlükəsizlik Şurasının Mərakeş Sahara problemi ilə bağlı
30 oktyabr 2023-cü il tarixli 2703 saylı qətnaməsini alqışlayıblar. Onlar, həmçinin imtiyazlı KƏŞ-Mərakeş strateji tərəfdaşlığının və birgə fəaliyyət planının
həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
Bundan əlavə, FİFA-nın Mərakeş, İspaniya və Portuqaliyanın 2030-cu il Dünya Çempionatına birgə ev sahibliyi etməsi qərarından sonra KƏŞ-in Ali Şurası Krallığı təbrik edib.
Pərvanə