Almaniyanın Saksoniya-Anhalt əyalətində vətəndaşlıq üçün müraciət edənlər İsrailin mövcudluq haqqını dəstəklədiklərini yazılı şəkildə bəyan etməlidirlər.
525.az xəbər verir ki, Almaniyanın şərqindəki Saksoniya-Anhalt əyalətində vətəndaşlıq almaq üçün müraciət edənlər İsrailin mövcud olmaq hüququnu dəstəklədiklərini bəyan etməlidirlər.
Belə ki, müraciət edənlər, vətəndaşlıq verilməzdən əvvəl İsrail Dövlətinin varlığına qarşı bütün səyləri pislədiklərini yazılı şəkildə təsdiq etməlidirlər.
Məhəmməd Tağıyev