İranın Fars körfəzində 4 milyon 580 min litr qaçaq yanacaq daşıdığı iddia edilən 2 tankeri ələ keçirdiyi açıqlanıb.
525.az xəbər verir ki, məsələ ilə bağlı İnqilab Keşikçiləri Ordusu Dəniz Qüvvələri Komandanlığından açıqlama verilib.
Açıqlamada: "Fars körfəzindəki Əbu Musa adasının cənubunda, biri 2 milyon 280 min litr qaçaq yanacaq daşıyan 13 nəfərlik xarici heyətlə, digəri isə 2 milyon 300 min litr qaçaq yanacaq daşıyan 21 nəfərlik heyətlə iki tanker ələ keçirilib", - deyə bildirilib.
Qeyd edək ki, sözügedən tankerlərin ekipajının saxlanıldığı vurğulanıb.
Məhəmməd Tağıyev