ABŞ-də Demokratlar İsrail və Ukraynaya da yardımın daxil olduğu təxminən 111 milyard dollar dəyərində milli təhlükəsizlik paketini Senata təqdim ediblər.
525.az xəbər verir ki, ABŞ Senatında çoxluq təşkil edən Demokratlar tərəfindən İsrail və Ukrayna üçün təhlükəsizlik paketi təqdim edilib. Təxminən 111 milyard dollarlıq paket çərçivəsində, Rusiya ilə davam edən müharibə səbəbiylə qaynaq çatışmazlığından əziyyət çəkən Ukraynaya hərbi təlim və kəşfiyyat dəstəyi üçün 15 milyard dollardan çox yardım edilməsi planlaşdırılır.
İsrailə isə 10,6 milyard dollar yardım nəzərdə tutulduğu halda, bu yardımın 4 milyard dolları raketdən müdafiə imkanlarının artırılmasına, 1,2 milyard dolları isə "Dəmir şüa" hava hücumundan müdafiə sisteminin inkişafına yönəlib.
Paketin gerçəkləşməsi üçün Senat tərəfindən təsdiqlənməsi, daha sonra Nümayəndələr Palatası tərəfindən qəbul edilməsi və ABŞ prezidenti Co Bayden tərəfindən imzalanması lazımdır.
Məhəmməd Tağıyev