https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-02/305150_iu22258fan.jpg Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan ədəbiyyatı - İradə Musayeva I yazı
https://525.az/img/pics/medium/2024-02/305140_caz3famjh2.jpeg Sənə sevginin özü də Vətəndir!
https://525.az/img/pics/medium/2024-02/305085_p0fsefk25z.jpg Valyuta səfərbərliyi
search
29 Fevral 2024

“Xankəndidə oynamaq bizim üçün fəxr, şərəf olar”

“Xankəndidə oynamaq bizim üçün fəxr, şərəf olar”

“Biz də bu haqda xəbərləri eşidirik. Ancaq hazırda mənim bu barədə nəsə fikir bildirməyim düzgün çıxmaz”.

Bu sözləri QOL.az-a açıqlamasında “Qarabağ”ın direktoru Emrah Çelikel deyib.

Klub rəsmisi “Qarabağ”ın Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə oyunu Xankəndidə keçirəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib. O qeyd edib ki, belə bir oyunun təşkilindən qürur duyarlar, ancaq hələlik kluba bununla bağlı rəsmi məlumat verilməyib:

“Xankəndidə oynamaq bizim üçün fəxr, böyük şərəf olar. Hər bir azərbaycanlı kimi, biz də orada oyunun olmağını istəyərik. Amma bu gün məndə bu haqda danışmaq üçün məlumat yoxdur. Bunun üçün bizə rəsmi məlumat gəlməlidir. Hələlik bizə rəsmi məlumat gəlməyib”.

Qeyd edək ki, “Qarabağ” – MOİK matçı dekabrın 21-də keçiriləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.