525.Az

"Zəlzələ ilə bağlı dağıntı və təlafat barədə məlumat daxil olmayıb" - DİN


 

"Zəlzələ ilə bağlı dağıntı və təlafat barədə məlumat daxil olmayıb" <b style="color:red"> - DİN</b>

Zəlzələ ilə bağlı Bakı şəhəri və ətraf ərazilərdən hər hansı dağıntı və təlafat barədə Daxili İşlər Nazirliyinə (DİN) məlumat daxil olmayıb.

525.az-a bu barədə DİN-dən bildirilib.

Qeyd edək ki, dekabr 7-də yerli vaxtla saat 08:16 Xəzər dənizində zəlzələ qeydə alınıb.

Yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Zəlzələ Xəzər dənizinə yaxın olan rayonlarda və Abşeron yarımadasında bəzi yerlərdə 5 bal, bəzi yerlərdə isə 3 bala qədər hiss olunub. Zəlzələnin episentri Siyəzən stansiyasından 60 km şərqdə Xəzər dənizində olub.

 





07.12.2023    çap et  çap et