525.Az

Göygöldə soyğunçuluq edən şəxsi polis cinayət başında yaxalayıb


 

Göygöldə soyğunçuluq edən şəxsi polis cinayət başında yaxalayıb<b style="color:red"></b>

Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman bir nəfər şəxsin rayon sakini olan qadının pul qabını soyğunçuluq yolu ilə taladığını görüblər.

525.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, həmin şəxs dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.

Araşdırmalar zamanı şəxsin əvvəllər məhkum olunmuş, Bəhruz Verdiyev olması məlum olub və şübhəli şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir

 





07.12.2023    çap et  çap et