525.Az

Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub


 

Azərbaycanda baş verən zəlzələ Ermənistanda da hiss olunub<b style="color:red"></b>

Xəzər dənizinin Azərbaycan sektorunda baş verən 5,6 maqnitudalı zəlzələ Ermənistanda da hiss olunub.

525.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Ərazi Seysmik Mühafizə Xidməti məlumat yayıb.

Bildirilib ki, 3 bal gücündə zəlzələ Tavuş vilayətinin Barana, Karvansara, Dilican və Şəmşəddin şəhərlərində, həmçinin Açacur kəndində hiss edilib.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib ki, Azərbaycanda zəlzələ Bakı vaxtı ilə saat 08:15:41-də baş verib.

İlkin məlumatlara görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.

Yeraltı təkanlar Bakıda və Azərbaycanın digər şəhərlərində hiss olunub (“Report”).

 





07.12.2023    çap et  çap et