525.Az

Azərbaycan Mərkəzi Bankının sədri iqtisadçı-ekspertlərlə görüş keçirib


 

Azərbaycan Mərkəzi Bankının sədri iqtisadçı-ekspertlərlə görüş keçirib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov növbəti dəfə ölkədəki iqtisadçı-ekspertlərlə görüş keçirib.

525.az xəbər verir ki, bunu AMB-nin sədri "X" sosial şəbəkəsində hesabında bildirib.

"Görüşdən öncə ekspertləri maraqlandıran bir sıra mövzular üzrə AMB-nin nümayəndələrinin məlumat xarakterli təqdimatlar da baş tutdu. Görüş zamanı aktual mövzular üzərində fikir mübadiləsi aparıldı və ekspertləri düşündürən suallara münasibət bildirildi. Növbəti ildə də görüşlərimiz davam edəcək", - deyə o qeyd edib.

 





07.12.2023    çap et  çap et