525.Az

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl oğurlanıb


 

Bakıda avtomobildən 38 min manat dəyərində qızıl oğurlanıb<b style="color:red"></b>

Bakının Yeni Günəşli qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobildən 38 000 manat dəyərində qızıl-zinət əşyaları qeyri-aşkar şəraitdə oğurlanıb.

525.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Hadisə barədə polisə məlumat daxil olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri - 1993-cü il təvəllüdlü T.Mehrəliyev və Z.Mehrəliyev müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

 





07.12.2023    çap et  çap et