525.Az

Ərdoğanı hədələyən şəxs həbs edildi


 

Ərdoğanı hədələyən şəxs həbs edildi<b style="color:red"></b>

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı sosial şəbəkələrdə hədələyən şəxsə məhkəmə 4 il 2 ay həbs cəzası verib.

525.az xəbər verir ki, bu barədə "CNN Türk" telekanalı məlumat yayıb.

Prosesdə təqsirləndirilən şəxs və vəkili iştirak edib. Təqsirləndirilən şəxsin atası oğlunun əqli gerilikdən əziyyət çəkdiyini iddia edərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, məhkəmə həmin şəxsin psixi cəhətdən sağlam olduğunu müəyyən edib və onu həbs cəzasına məhkum edib. 

Havar Şəfiyeva

 





07.12.2023    çap et  çap et