Naxçıvan şəhərində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşkil etdiyi 12-ci Regional Konfrans və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin tibbi aksiyası keçirilir.
525.az "Report"a istinadən xəbər verir ki, tədbirlər akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilib.
Konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, oftalmologiya sahəsində baş verən ən son yeniliklərdə region həkimlərini tanış etmək və onların da bu yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır.
Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.
Aksiyada isə məqsəd operativ şəkildə pasiyentləri müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.