|
|
|
|
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə İraq Sənayelər Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
525.az xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Bildirilir ki, sənədə Bağdadda keçirilmiş Azərbaycan və İraq arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə Komissiyanın 3-cü iclası çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İraq Sənayelər Federasiyasının prezidenti Adel Akab Hassan imza atıb.
Memorandumda hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqi, KOB-larla bağlı yeniliklərə dair qarşılıqlı məlumat, onlara xidmətlərin göstərilməsi sahəsində təcrübə mübadiləsi, birgə tədbirlərin təşkili kimi məsələlər nəzərdə tutulur.