Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramının icrasına başlayandan indiyədək 14 400 mənzil və fərdi evin vətəndaşlara təqdim olunduğunu bildirib.
525.az xəbər verir ki, o, bunu jurnalistlərə açıqlamasında deyib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibədə sağlamlığını itirmiş əsgər və zabitlərin mənzil təminatının yaxşılaşdırılması istiqamətində proqram icra olunur. Bu il artıq 1100 nəfər mənzillərlə təmin edilib, ilin sonunadək bu rəqəmin 1500-ə çatdırılması planlaşdırılır", - nazir müavini qeyd edib.