|
|
|
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişlidə qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edib.
525.az-a bu barədə FHN-dən məlumat verilib.
Bildirilib ki, İmişli rayonunun Oruclu kəndi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasının qarşısı alınıb.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikilini söküb.