Avropa Şurası regionda davamlı sülhün əldə edilməsində Azərbaycan və Ermənistanı dəstəkləməyə hazırdır.
525.az xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç “X” sosial şəbəkəsində yazıb.
O, həmçinin Ermənistan və Azərbaycanın birgə açıqlamanı alqışlayıb və bunu müsbət addım adlandırıb.