ABŞ-nin keçmiş Prezidenti Donald Tramp yenidən dövlət başçısı seçilərsə, ölkəni NATO-dan çıxara və alyansı məhv edə bilər.
525.az xəbər verir ki, bu sözləri Pentaqonun keçmiş rəhbəri Mark Esper "MSNBC"ə açıqlamasında deyib.
“NATO üzvü olan ölkələrdən mütləq qoşunlar çıxarılacaq və bu, nəticədə bütün alyansın dağılmasına səbəb ola bilər”, - deyə o bildirib.
Qeyd olunur ki, onun fikrincə, belə bir ssenari ABŞ hegemonluğunun sonu və son illərdə müəyyən edilmiş qayda və normaların dağılması demək olardı.
Havar Şəfiyeva