|
|
|
|
Xarab qovunun səbəb olduğu salmonella epidemiyası nəticəsində ABŞ-də 3, Kanadada 5 olmaqla 8 nəfər ölüb, yüzlərlə insan xəstəxanalara yerləşdirilib.
525.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) verdiyi açıqlamada noyabrın ortalarından bəri 38 ştatda 230 nəfərin salmonella epidemiyasından təsirləndiyi bildirilib. Açıqlamada xəstələrdən 96-nın xəstəxanaya yerləşdirildiyi, 3 nəfərin dünyasını dəyişdiyi deyilib.
Kanada səhiyyə rəsmiləri isə ölkədə 129 hadisənin olduğunu və xəstəxanaya yerləşdirilən 44 nəfərdən 5-nin öldüyünü açıqlayıb.
Qeyd edək ki, ABŞ Qida və Dərman İdarəsi (FDA) də epidemiya ilə əlaqəli markaların məhsullarını geri çağırdıqlarını vurğulayıb.
Məhəmməd Tağıyev