|
|
|
|
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə federal prokuror tərəfindən vergiləri bəyan etməmək, sənədləri saxtalaşdırmaq və vergidən yayınma da daxil olmaqla 9 ittiham irəli sürülüb.
525.az xəbər verir ki, xüsusi prokuror David Veis tərəfindən Hanter Baydenə qarşı hazırlanan 56 səhifəlik iddianamə açıqlanıb. Belə ki, Hanter Baydenə qarşı vergidən yayınma, sənəd saxtakarlığı və vergi bəyan etməmək kimi 9 ittiham irəli sürülüb.
Digər tərəfdən, ABŞ Prezidenti Co Bayden, oğluna qarşı olunan ittihamları şərh etməyib.
Qeyd edək ki, Hanter Baydenin günahı sübuta yetirilərsə, onu 17 ilə qədər həbs cəzası gözləyir.
Məhəmməd Tağıyev