|
|
|
|
Meksikanın Çiautla de Tapia şəhərində 5,8 bal gücündə zəlzələ baş verib.
525.az xəbər verir ki, ABŞ Geoloji Xidməti (USGS) tərəfindən edilən açıqlamada 5,8 bal gücündə zəlzələnin Meksikanın Puebla əyalətindəki Çiautla de Tapia şəhərindən 10 kilometr şimal-şərqdə, 45 kilometr dərinlikdə meydana gəldiyi bildirilib.
Meksikanın Milli Seysmoloji Xidməti, zəlzələnin yerli vaxtla saat 14:03-də baş verdiyini açıqlayıb. Mexikoda zəlzələ xəbərdarlığı sistemi işə salınarkən, insanlar evlərini və iş yerlərini tərk edərək, siren səsləri ilə küçələrə çıxıblar.
Qeyd edək ki, zəlzələdə can və ya mal itkisi barədə hələlik məlumat verilməyib.
Məhəmməd Tağıyev