Ayxan Hüseynli
AYB-nin üzvü
Şəhidlərin qanı ilə,
Sulanıbdır, torpağım.
Ancaq, vətən eşqi ilə,
Boyanıbdır, bayrağım.
Hər daşında, qayasında
Həkk olubdur, qələbə.
Bu millətin mayası da,
Yoğrulubdur, zəfərlə.
Bir can üçün, min can verdi,
Yaralı can gülsün deyə.
Hər dağ, dərə dilə gəldi,
Gülüstana dönsün deyə.
Haqq sözü, haqq yolunda
Tarix yazdı, yenidən.
Hər bədən, öz ruhunda
Zəfər çaldı, yenidən.
Dəyişib, seyrin həqiqət
Şuşadan boylanıb, bizə.
Zəfər çaldı, haqq ədalət
Qarabağ qayıdıb, bizə.
Yeri, göyü lərzə edən,
Qalib ordu, şərəf-şanım.
Düşməni, diz çökdürən...
Var, Ali Baş Komandanım.
çap et