Seçki bülletenləri 2024-cü il yanvarın 3-dək hazırlanacaq.
525.az-ın xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi “Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı”nda əksini tapıb.
Bildirilib ki, Mərkəzi Seçki Komissiyası (MSK) Səsvermə gününə azı 35 gün qalanadək
seçki bülletenlərinin hazırlanması qaydasına, mətninə, formasına, sayına, hazırlanmasına aid tələblərin təsdiq edilməsini təmin etməlidir.
2024-cü il yanvarın 18-dək səsvermə protokolları Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına verilməlidir.
2024-cü il fevralın 3-dək isə səsvermə protokolları dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməlidir.