525.Az

Respublika Uşaq Kitabxanasında Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və müəllimləri ilə görüş keçirilib


 

Respublika Uşaq Kitabxanasında Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və müəllimləri ilə görüş keçirilib<b style="color:red"></b>

8 dekabr tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 4 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək rəhbərləri və müəllimlərinin iştirakı ilə görüş keçirilib.

525.az xəbər verir ki, görüşdə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Azərbaycanlı”, Firidun bəy Köçərlinin Azərbaycanda uşaq folklorunun ilk antologiyası olan "Balalara hədiyyə”, “Təbiətdən məktub”, “Əvvəl zaman içində” kitabları haqqında ətraflı məlumat verilib.

Qeyd edildi ki, kitabda toplanan nağıl və əfsanələr müəllifin zəngin təxəyyülünün məhsuludur. Nağıllar, əfsanələr bizi xalqın keçmişi və arzuları, məişəti və mədəniyyəti ilə tanış edir, ədalət və xeyirxahlıq aşılayır, çevik düşüncə və cəsarətli fikir yürütmək bacarığı tərbiyə edir. Görüşün keçirilməsində əsas məqsəd müəllim heyətini Respublika Uşaq Kitabxanasının zəngin fondu ilə yaxından tanış etmək və onların dəstəyi ilə məktəblilərdə mütaliə mədəniyyətini  inkişaf etdirmək və kitaba olan marağı artırmaqdır. Həmçinin görüşdə qeyd olundu ki, məktəbdən kənar təhsil müəsissələri olan kitabxanalar və Uşaq Gənclər İnkişaf Mərkəzlərinin fəaliyyətində uğurlu gələcəyin təminatı olan uşaqlara erkən yaşdan etibarən peşə və ixtisas seçimi haqqında düzgün istiqamət verilməlidir. Görüşün  sonunda xatirə şəkilləri çəkilib.

 





09.12.2023    çap et  çap et