https://525.az/img/pics/medium/2024-01/300874_k6rk3lnxau.jpg Bakı-Moskva səmalarından dünyaya... - Nadir Yalçın yazır
https://525.az/img/pics/medium/2024-02/304108_wr83qqm5sj.jpg “525-ci qəzet”in 22 fevral sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303907_bbtg0u8u4q.jpg Ustad yadigarları: görüşlər, söhbətlər, xatirələr
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
22 Fevral 2024
21 Fevral 2024

Bakıda ilin son gimnastika çempionatları keçiriləcək

Bakıda ilin son gimnastika çempionatları keçiriləcək

Bakıda ilin son gimnastika çempionatları keçiriləcək.

525.az xəbər verir ki, batut gimnastikası üzrə 7-ci Azərbaycan çempionatı və Bakı birinciliyi, tamblinq üzrə 19-cu Azərbaycan çempionatı və Bakı birinciliyi ilin son milli yarışları olacaq.

Dekabrın 10-da Milli Gimnastika Arenasının köməkçi zalında keçiriləcək yarışda ümumilikdə 99 idmançı (batut üzrə 70, tamblinq üzrə 29) mübarizəyə qoşulacaq.

Tamblinq yarışında uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. Qaliblər təsnifat mərhələsində iki çıxışın cəminə əsasən müəyyənləşəcək.

Batutda isə fərdi çoxnövçülükdə balacalar (2016), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010), böyüklər (2006-cı il və daha böyük təvəllüdlülər) yaş kateqoriyaları üzrə mübarizə aparacaqlar. İştirakçılar uşaqlar, yeniyetmələr və gənclər yaş kateqoriyasında sinxron proqramda da qüvvələrini sınayacaqlar.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.