Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi "Ümraniyespor" Türkiyə 1-ci liqasında 15-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, komanda "Keçirörengücü"nü qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. C.Diniyev start heyətdə meydana çıxıb və 79-cü dəqiqədə əvəzlənib. O, 71-ci dəqiqədə penaltidən komandasının 2-ci qolunun müəllifi
olub. Bu, onun turnirdə 3-cü qoludur.
"Ümraniyespor" - "Keçiörüngücü" - 2:0
Qollar: Qlumak, 42, Coşqun Diniyev, 71-pen.
Qeyd edək ki, "Ümraniyespor" 18 xalla 11-ci pillədə qərarlaşıb. Siyahıya 36 xalla "Eyüpspor" başçılıq edir.