https://525.az/img/pics/medium/2024-01/300874_k6rk3lnxau.jpg Bakı-Moskva səmalarından dünyaya... - Nadir Yalçın yazır
https://525.az/img/pics/medium/2024-02/304108_wr83qqm5sj.jpg “525-ci qəzet”in 22 fevral sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303907_bbtg0u8u4q.jpg Ustad yadigarları: görüşlər, söhbətlər, xatirələr
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
22 Fevral 2024
21 Fevral 2024

"Problemi həll etməliyik"

"Problemi həll etməliyik"


"Gərgin oyun keçdi. İlk 10-15 dəqiqə "Araz-Naxçıvan" meydanda aktiv idi. Bu da rəqibin pressinqindən irəli gəlirdi. Ondan çıxmağa çalışırdıq. Dəqiqələr getdikcə oyunu xeyrimizə dəyişdik, qol epizodları yaratdıq. İkinci hissənin ilk dəqiqələri üstünlüyümzlə keçdi".

QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin  baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 16-cı turunda "Araz-Naxçıvan"la qolsuz bərabərə qaldıqları oyundan  (0:0) sonra keçirilən mətbuat konfransında deyib.

"Stefan Akkanın zədəsi oldu, pauza yarandı. Sonra oyunumuz sındı. Dəyişikliklərdən sonra üstünlük bizdə idi. Qol da vurduq. VAR-da baxılana qədər 4-5 pauza oldu. Oyun sındı və meydanda mübarizə, baxımlı futbol görə bilmədik. Hər iki komanda böyük əzmkarlıq göstərdi. Növbəti xalımızı qazandıq" - deyə o bildirib.

Mütəxəssis son turlarda qələbə qazana bilməməkləri ilə bağlı söyləyib: "Gərginlik onsuz da var idi. Bu da ilk sıralarda getməyimizlə bağlı idi. 16 tur oynamışıq, heç bir oyun bizim üçün rahat keçməyib. Qələbə qazananda da böyük çətinliklər yaşamışıq. Bu da normaldır. Yuxarı pillələrdəsənsə, normaldır. Rəqib motivasiya ilə oynayır. 16 oyuna 28-ci xalımızı qazandıq, ikinci yerdəyik, hər şey qaydasındadır. Qol epizodlarımızdan istifadə edə bilmirik. Bu da gərginlikdəndir".

R.Sadıqov "Ruan Renatonun yoxluğunu hiss etdiz" sualını belə cavablandırıb: "Ruanın olmaması toplu oyunumuzda hiss edilirdi. Bu gün meydanda olan hər iki stoperimiz sağ ayaqlı idi. Oyun quruculuğunda təsiri oldu. Ruan önəmli oyunçumuzdur. Bu gün oynayan hər iki mərkəz müdafiəçisindən də razı qaldıq. 

O, yeni transferlər etmək istədiklərini vurğulayıb: "Rəhbərliklə müzakirə aparırıq. Bir neçə mövqe var ki, heyəti genişləndirmək istəyirik. Alınmasa da, yetərincə yaxşı heyətimiz var, belə davam edəcəyik. Futbolçuların hər birindən razıyam". 

Baş məşqçi Felipe Paxtman üçün mövsümün bitib-bitmədiyi ilə bağlı suala cavab olaraq deyib: "Bəlkə bu ilin sonuncu turuna hazır oldu. Bəlkə də kubok matçında oynayar. Hələ konkret bir şey yoxdur. Onun yoxluğu da hiss edilir. Futbolçu kimi çox istedadlıdır, onu bəyənirəm. Amma artıq özü ilə söhbətimiz olacaq. Çünki onu komandada saxlayanda, başqa birini götürmək olmur. Hücumda rotasiyalar etmək imkanı azdır. Üç vacib oyun oynayacağıq. Çox istəyərdik ki, əlimizdə iki keyfiyyətli hücumçu olsun. Problemi həll etməliyik".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.