Sumqayıt şəhərində 42 yaşlı usta itkin düşüb.
525.az verir ki, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Soltanov Mahir Sadıq oğlu usta işlədiyi mebel salonundan çıxıb və naməlum istiqamətdə gedib.
Bundan sonra onun barəsində məlumat almaq mümkün olmayıb. Faktla bağlı polisə məlumat verilib.