525.Az

Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb


 

Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb<b style="color:red"></b>

Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb.

DİN-in Mətbuat Xidmətindən 525.az-a verilən məlumata görə, dekabrın 9-u saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi "Toyota Corolla" markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 





10.12.2023    çap et  çap et