Fələstin-İsrail münaqişəsinin nəticəsində Qəzza zolağında ölənlərin sayı 18 min nəfərə çatıb.
525.az xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
"İsrailin Qəzza zolağına hücumu nəticəsində ölənlərin sayı 18 minə çatıb", - nazirliyin rəsmisi Əl-Cəzirə telekanalına bildirib. O əlavə edib ki, 50 minədək insan xəsarət alıb.