525.Az

Yeni ictimai birlik yaradıcı şəxslərə dəstək olacaq


 

Yeni ictimai birlik yaradıcı şəxslərə dəstək olacaq<b style="color:red"></b>

"Təhsil Nəşriyyat-Poliqrafiya", "Çinar Yayımları" nəşriyyatı və "Everest" nəşriyyatının təsisçisi olduğu "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyi fəaliyyətə başlayır.

Bununla bağlı ictimai birliyin təsisçilərinin açıqlamasında qeyd edilib ki, birlik yaradıcı insanlara dəstək məqsədi ilə yaradılıb: "Kitab strateji məhsuldur, elmin, təhsilin, mədəniyyətin, incəsənətin daşıyıcısıdır. Kitablar işıq üzü gördüyü məkandan çox-çox uzaqlarda təmsil etdiyi xalqın, millətin pasportuna çevrilir. Yeni təsis edilmiş "Azərbaycan Kitab, Maarif və Poliqrafçılar" İctimai Birliyi respublikamızda kitab çapının, nəşr mədəniyyətinin yüksəlməsinə, poliqrafik, məzmun baxımından oxucuların zövqünü oxşayacaq çap məhsullarının hazırlanmasına, yayımına və nəşriyyat-poliqrafiya sahəsində çalışan yaradıcı insanlara dəstək amalı ilə yaradılıb. Biz istəyirik ki, yüksək standartlara cavab verən, sərhədlərimizi aşıb milli mədəniyyətimizi dünyada təbliğ edən çap məhsullarının çoxalmasına xidmət göstərək. Eyni zamanda bədii estetik zövqün formalaşması və həmçinin mütaliəyə marağın artırılması istiqamətində müxtəlif layihələr həyata keçirərək, mövcud boşluğun müəyyən qədər aradan qaldırılmasına nail olmaq niyyətindəyik".

Bildirilib ki, ictimai birliyin məqsədi respublikamızda mövcud olan çoxsaylı nəşriyyatlar arasında əlaqə yaratmaq, onların fəaliyyətini koordinasiya etmək, nəşriyyat və poliqrafiya sahəsindəki çatışmazlıqları, problemləri birlikdə dəf etməkdir.

 





10.12.2023    çap et  çap et