525.Az

Azərbaycanda vergi daxilolmaları 4 faiz artıb


 

Azərbaycanda vergi daxilolmaları 4 faiz artıb<b style="color:red"></b>

Bu ilin yanvar-noyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 4,1 % çox - 15 milyard 337,7 milyon manat vəsait daxil olub.

525.az xəbər verir ki, bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9 % artaraq 9 milyard 15,8 milyon manata çatıb", - deyə o qeyd edib.

"Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir", - deyə nazir əlavə edib.

 





11.12.2023    çap et  çap et