İran Azərbaycan və Ermənistanın saxlanılanların azad edilməsi haqqında birgə bəyanatını alqışlayır.
525.az APA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün brifinqində deyib.
O qeyd edib ki, İran bunu müsbət addım hesab edir:
“İran Qafqaz regionunda davamlı sülhə töhfə verməyə hazırdır. Davamlı sülhə nail olmaq sülh dilinin və regional tərəflər arasında etimad mühitinin gücləndirilməsini tələb edir. Ümid edirik ki, bu tədbirlər iki tərəf arasında sülh və sabitliyə səbəb olacaq. İran İslam Respublikası regional sülh və təhlükəsizlik üçün hər iki ölkəyə kömək etməyə hazırdır”.