Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
525.az qurumun saytına istinadən xəbər verir ki, siyahıda 402 komanda yer alıb.
Onların arasında Azərbaycandan "Qarabağ", "Sabah" və "Neftçi" də var. "Qarabağ" 131,5 xalla 84-cü sırada qərarlaşıb. Komanda ötən siyahı ilə müqayisədə 14 pillə geriləyib.
Bundan əvvəlki cədvəldə 342-cı olan "Sabah" hazırda 391-ci pillədə qərarlaşıb. "Sabah"ın 55,5 xalı var. "Neftçi" isə 38 pillə geriləyib. "Ağ-qaralar" 56,75 xalla 378-ci sırada yer alıb.
Siyahıya 314 xalla "Mançester Siti" liderlik edir. “Real” 308 xalla 2-ci, “İnter” 264 xalla 3-cüdür.