İtaliyanın şimalında Bolonya-Rimini dəmir yolu xəttində iki qatarın toqquşması nəticəsində 17 nəfər xəsarət alıb.
525.az xəbər verir ki, İtaliya yanğınsöndürmə briqadasının "X" hesabındakı yazıya görə, Faenza və Forli arasındakı Bolonya-Rimini xəttində yüksək sürət qatarı ilə regional qatar toqquşub. İlkin məlumatlara görə, axşam saatlarında baş verən qəzada 17 nəfər xəsarət alıb.
İtaliya Dövlət Dəmir Yolları isə qəzaya görə xüsusilə Castelbolognese-Forli dəmir yolu xəttində bütün xidmətlərin dayandırıldığını bildirib.
Qeyd edək ki, ötən ilin aprelində, Florensiya şəhəri yaxınlığında yük qatarının relsdən çıxması səbəbindən, ölkədə dəmir yolu nəqliyyatında böyük fasilələr yaranmışdı.
Məhəmməd Tağıyev