Almaniya 2024-cü ildə Ukraynaya hərbi yardımı ikiqat artıracaq.
525.az xəbər verir ki, bu barədə "RBC-Ukraina" Almaniyanın Avropa məsələləri üzrə dövlət naziri Anna Lyurmanna istinadən məlumat yayıb.
"Almaniya gələn il Ukraynaya hərbi dəstəyi iki dəfə artıraraq 4 milyard avrodan 8 milyard avroya çatdıracaq", - o bildirib.
Nazir vurğulayıb ki, bu həftə Aİ və Ukrayna üçün üzvlük danışıqlarına başlamaq məsələsində həlledici həftədir.
O əlavə edib ki, Almaniyanın Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı mövqeyi aydındır. Onun sözlərinə görə, Aİ-nin 26 üzvü danışıqların başlanmasının tərəfdarıdır.