Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin nəticələri açıqlanıb.
Nazirlikdən 525.az-a bildirilib ki, müsabiqəyə ümumilikdə 112 layihə təqdim olunub. Bütün layihələrin əvvəlcə texniki ekspertizası həyata keçirilib və onlardan 104-ü məzmun qiymətləndirilməsi mərhələsinə buraxılıb. Bu mərhələdə isə layihələr 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 17 layihə qrant qazanıb.
Müsabiqədə qrant qazanmış layihələrlə nazirliyin saytında tanış olmaq mümkündür.
Sevinc Qarayeva