|
|
|
|
ABŞ hakimiyyəti bu ayın sonuna qədər Ukraynaya yeni hərbi yardım ayıracaq.
525.az xəbər verir ki, bu sözləri Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.
“Mən ayın sonuna qədər əlavə hərbi yardım elan etməyimizi tamamilə gözləyərdim”-deyə, o bildirib.
Ukrayna prezidenti Volodimir Zelenskinin Amerika rəhbərliyindən onu ABŞ-a dəvət etməsini xahiş edib, yoxsa bunun Amerika tərəfinin təşəbbüsü olub-olmaması ilə bağlı sualı cavablandıran Kirbi vurğulayıb:
“Bu, prezident Cozef Baydenin dəvəti idi. Və yenə də düşünürük ki, bu, kritik bir zamanda gəlir. Prezident Zelenskinin bu məsələləri müzakirə etmək üçün Vaşinqtona gəlməsi üçün doğru vaxtdır”.